Rus dili, rus dili və ədəbiyyatı, biologiya və fiziki tərbiyə fənləri üzrə apellyasiya müraciətlərinə start verildi

Tarix: 06.07.2024
Paylaş:

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin rus dili, rus dili və ədəbiyyatı, biologiya və fiziki tərbiyə fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başladı. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.