“Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilli tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün keçiriləcək diaqnostik qiymətləndirmənin çərçivə sənədi” ilə tanışlıq adlı vebinar baş tutacaq

Tarix: 14.07.2024
Paylaş:

Təhsil İnstitutu tərəfindən 15 iyul saat 17:00-da “Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilli tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün keçiriləcək diaqnostik qiymətləndirmənin çərçivə sənədi” ilə tanışlıq adlı vebinar baş tutacaq.

Vebinarda spiker qismində Böyük Britaniyanın Aberdin Universitetinin doktorantı Fərqanə Seyidli, Ritorika İnkişaf və Tədris Mərkəzinin direktoru Mətanət Hüseynova və Yasamal rayonu 318 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Laləzar Məmmədova çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.