“Məktəb psixoloqu və onun vəzifələri” mövzusunda vebinar baş tutacaq

Tarix: 14.07.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən 16 iyul tarixində saat 15:00-da “Məktəb psixoloqu və onun vəzifələri” mövzusunda vebinar baş tutacaq.

Vebinarda spiker qismində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin psixoloqu Aynur Rəhimova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.