Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlərə Atatürk Universitetində laboratoriya hazırlıq dərsləri keçirilib

Tarix: 19.07.2024
Paylaş:

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil ediləcək 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) ölkəmizi təmsil edəcək milli komanda üzvlərinə 4-19 iyul tarixlərində Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində xüsusi laboratoriya hazırlıq dərsləri keçirilib.

4 nəfər şagird Türkiyə yığma komandası ilə bərabər praktiki dərslərə qoşulub.

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Bütün şagirdlərə uğurlar arzu edirik!