“Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilmə çərçivəsi (Tapşırıq nümunələri əsasında mövzuların izahı – 3)” adlı vebinar keçiriləcək

Tarix: 25.07.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən 26 iyul tarixində saat 17:00-da “Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilmə çərçivəsi (Tapşırıq nümunələri əsasında mövzuların izahı – 3)” adlı vebinar baş tutacaq.

Vebinarda spiker qismində Aberdin Universitetinin doktorantı Fərqanə Seyidli və 320 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Gülnar Əliyeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.