“Data analitikası və təhsil tədqiqatları” işçi qrupunun təlim görüşləri davam edir

Tarix: 26.07.2024
Paylaş:

Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Data analitikası və təhsil tədqiqatları” işçi qrupunun 7-ci təlim görüşləri 15,16,17,23,24 iyul tarixlərində baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd iştirakçıları Phyton proqramının xüsusiyyətləri ilə tanış etmək, məlumatların təhlili üçün Jupyter mühitinin üstünlüklərini izah etmək, təhsil və kurikulumun qiymətləndirilməsində tətbiq edilən müxtəlif növ tədqiqat dizaynlarının təsvirini verməkdən ibarət olub. Təlimlər zamanı iştirakçılar, həmçinin dövlət siyasəti ilə bağlı tədqiqat növləri tanış olaraq təhsil siyasətinin planlaşdırması üzrə təcrübələr keçiblər.

Təlim layihənin baş eksperti Srdcan Verbiç tərəfindən aparılıb.

Qeyd edək ki, sözügedən təlimlərə 20 nəfər cəlb edilib.