“Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilmə çərçivəsi (Tapşırıq nümunələri əsasında mövzuların izahı – 4)” adlı vebinar keçiriləcək

Tarix: 26.07.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən 29 iyul tarixində saat 17:00-da “Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilmə çərçivəsi (Tapşırıq nümunələri əsasında mövzuların izahı – 4)” adlı vebinar baş tutacaq.

Vebinarda spiker qismində Ritorika İnkişaf və Tədris Mərkəzinin direktoru, psixoloq Mətanət Hüseynova və Yasamal rayonu 318 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Laləzar Məmmədova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.