Təhsil İnstitutu tərəfindən 30 iyul tarixində saat 16:00-da “Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilmə çərçivəsi (Tapşırıq nümunələri əsasında mövzuların izahı – 4)” adlı vebinar baş tutacaq.
Vebinarda spiker qismində Ritorika İnkişaf və Tədris Mərkəzinin direktoru, psixoloq Mətanət Hüseynova və Yasamal rayonu 318 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Laləzar Məmmədova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.