Azərbaycanın PIRLS 2021 nəticələrinə əsasən bölgələrin oxu bacarığı üzrə orta balları aşağıdakı xəritə və şəkildə verilmişdir.
Şəkil 1 və Xəritə 1-də də göstərildiyi kimi, PIRLS 2021-də bölgələr üzrə iştirak etmiş məktəblərin nəticələrinə əsasən ən yaxşı nəticə Sumqayıt (495 bal), ən zəif nəticə isə Neftçalada (328 bal) qeydə alınmışdır. Digər bölgələr üzrə nəticələrlə şəkil 1-də tanış ola bilərsiniz.
Xəritə 1
Qeyd edək ki, xəritə üzrə sarı rəngdən mavi rəngə doğru oxu bacarığı üzrə balların artdığı göstərilmişdir.
Şəkil 1
Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilməklə onların ədəbi təcrübələrini və məlumatları əldə edib, istifadə etmək bacarığını ölçür.