MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi ilə bağlı suallar canlı yayımda cavablandırılacaq

Tarix: 02.08.2024
Paylaş:

 

5 avqust saat 15:00-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi ilə bağlı məsələlər müzakirə olunacaq, namizədləri maraqlandıran suallar canlı yayımda cavablandırılacaq.

Qeyd edək ki, canlı yayımı İnsan Resursları Mərkəzinin rəsmi “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.