Mərkəzi imtahanlı lisey və gimnaziyalara qəbul olmuş şagirdlərin şəxsi işlərinin qəbulu prosesi başlayır!

Tarix: 07.08.2024
Paylaş:

 

Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə qəbul olan və qəbul olduğu müəssisə valideynlər tərəfindən təsdiqlənən şagirdlər üçün sorğular yaradılıb.

Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini 9 avqust tarixindən başlayaraq 16 avqust saat 15:00-dək şagirdin qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.

Bu müddət ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və sorğu silinəcəkdir.

Qeyd edək ki, şəxsi işlər təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin çıxdığı məktəbə təqdim etməlidir.