ARTİ peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün sual hazırlayan mütəxəssislər axtarır!

Tarix: 15.08.2024
Paylaş:

 

Azərbaycan Respuplikasının Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün aşağıdakı ixtisaslar üzrə sual hazırlayan mütəxəssislər axtarır:

• Aşpaz köməkçisi
• Bərbər köməkçisi
• Mebel quraşdırma ustası köməkçisi
• Kombi kondisioner ustası köməkçisi
• Qrafik dizayner
• İT – Kompüter operatoru
• Qənnadçı köməkçisi
• Dülgər köməkçisi
• Dərzi köməkçisi
• Çilingər köməkçisi
• Aqronom köməkçisi
• İT – Help Desk

Namizədlər üçün tələblər:

  1. Müvafiq ixtisas üzrə minimum 3 il pedaqoji, 3-5 il sənaye üzrə iş təcrübəsi;
  2. İxtisas fənni üzrə dərin bilik və bacarıqlar;
  3. Müasir pedaqoji yanaşmalara dair məlumatlılıq;
  4. Bacarıq və səriştə əsaslı qiymətləndirmə vasitələrinin hazırlanması istiqamətində təcrübə;
  5. Suallar və praktiki tapşırıqların dərs proqramlarına və standartlarına uyğun hazırlanma bacarığı.      

         

İş rejimi: Sərbəst qrafiklə.

Qeyd: Peşə təmayüllü siniflərdə fəaliyyət göstərən namizədlərin müraciəti qeydə alınmayacaq.

Müraciət forması: Yuxarıdakı qeyd edilən tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu hissəsində “ixtisas qiymətləndirici” qeyd edərək 28 avqust 2024-cü il tarixinə kimi peseveomurboyu@arti.edu.az elektron ünvanına göndərmələri xahiş olunur.