Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb. Müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcək.
Sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlərə uğurlar arzulayırıq!