Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə qəbul olan və qəbul olduğu müəssisə valideynlər tərəfindən təsdiqlənən şagirdlər üçün sorğular yaradılmış və 9 avqustdan başlayaraq valideyn və ya qanuni nümayəndə tərəfindən şagirdlərin qəbul olunduğu cari müəssisəyə sənədlər təqdim edilib.
16 avqust 15:00-dək sənədləri lisey və ya gimnaziyalara təqdim edilməyən şagirdlərin qəbulu etibarsız sayılacaq və sorğuları silinəcəkdir.
Bildirək ki, lisey seçimlərinin ikinci mərhələsi 19 avqust tarixində başlayacaqdır.