İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib. Qeyd edək ki, 27 avqust tarixində təşkil olunacaq prosesin sənəd yoxlanışı mərhələsinə 140 nəfər müəllim dəvət olunub.
İş yerini qarşılıqlı olaraq dəyişmək imkanı qazanan müəllimlərə uğurlar arzulayırıq!