Əziz müəllimlər!
Yeni tədris ili münasibətilə Sizi təbrik edir, peşəkar fəaliyyətinizdə uğurlar diləyirik!
Bildiyiniz kimi, keyfiyyətli tədris müəllimin öz fəaliyyətini planlaşdırmasından başlayır. Effektiv planlaşdırmanın dərsin təşkilinə, vaxtın səmərəli idarə olunmasına, eləcə də tədrisin keyfiyyətinə müsbət təsiri var.
Sizə təqdim olunan yeni gündəlik planlaşdırma nümunəsindən istifadə edərək dərs prosesinizi səmərəli təşkil edə bilərsiniz.
Verilmiş nümunədə sual və tapşırıqların hansı təlim nəticəsinə xidmət etdiyini əvvəlcədən qeyd etməyiniz proses zamanı dərsi daha məqsədəuyğun qurmağınıza kömək edəcəkdir. Müəllimin şagirdləri refleksiya etməsi ilə yanaşı, öz fəaliyyətini də dəyərləndirməsi mühüm məsələlərdən biri olduğu üçün gündəlik planlaşdırma vasitəsində buna da diqqət yetirilmişdir. Siz planlaşdırmada öz dərsinizin təşkilini geniş, yaxud qısa şəkildə təsvir edə bilərsiniz.
İllik planlaşdırma nümunəsində perspektiv planlamanın məqsədəuyğun aparılması üçün zəruri bölmələr nəzərdə tutulub.
Bundan əlavə, dərslərdə layihə işinin səmərəli təşkili ilə əlaqədar müəllimlərə yeni planlaşdırma nümunəsi də təqdim olunur. Müəllimlər bu vasitədən istifadə etməklə dərs prosesində layihə işinin effektiv aparılmasını təmin edə bilərlər.
Qeyd edək ki, təqdim olunan vasitələr, sadəcə bir nümunədir. Müəllimlər öz dərslərinə uyğun forma hazırlaya bilər, eləcə də təqdim olunan nümunələrə ehtiyac duyduqları əlavələri edərək istifadə edə bilərlər. Əsas odur ki, bu vasitə müəllimə dərsin uğurlu təşkil edilməsində faydalı olsun.
Bütün müəllimlərə tədris fəaliyyətində uğurlar diləyirik.
Nümunələr:
Gündəlik planlaşdırma nümunəsi 1
Gündəlik planlaşdırma nümunəsi 2