ARTİ tərəfindən Peşə Təmayüllü Siniflər (PTS) üçün hazırlanmış proqramlar üzrə dəyirmi masa keçirilib

Tarix: 28.08.2024
Paylaş:

Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən Peşə Təmayüllü Siniflər (PTS) üçün hazırlanmış proqramlar üzrə dəyirmi masa keçirilib. 20 avqustda “Manikür və pedikür ustası” proqramı üzrə, 22 avqustda isə PTS üçün hazırlanmış “Ofisiant-barista” proqramı üzrə dəyirmi masa keçirilib.

Müzakirələrdə ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin əməkdaşları, proqramları hazırlayan işçi qrupu və ekspertlər iştirak ediblər.

Dəyirmi masanın məqsədlərindən biri 2024-2025-ci tədris ilində Peşə Təmayüllü Siniflərdə yeni açılan ixtisaslar üzrə proqramların tədris prinsipləri və mexanizminə əsasən hazırlanması və icrasının həyata keçirilməsidir.

Qeyd edək ki, proqramlar Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) tərəfindən hazırlanmış, Elm və Təhsil Nazirliyi tərəfindən təstiq edilmiş Təhsil proqramlarına (kurikuluma), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə əsaslanır. Proqramlar Azərbaycan Ömürboyu Təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin səviyyə deskriptorlarına uyğun şəkildə 3 səviyyəyə uyğun olaraq hazırlanıb.

Müzakirələrin keçirilməsində əsas məqsəd proqramlardakı təlim nəticələrinə daxil olan nəzəri bilik və praktiki səriştələrə ayrılmış mövzular, onlara verilən saatlar, maddi-texniki baza və təhlükəsizlik aspektlərinin ardıcıllığı və uyğunluğudur.

Müzakirələr zamanı dəvət olunan ekspertlər görüş zamanı “Manikür və pedikür ustası” proqramı üzrə Səidə Cəfərli və Almaz Həsənova, “Ofisiant-barista” proqramı üzrə Dəniz Ramazanov öz rəy və təkliflərini bildiriblər.