5 sentyabrda “Təhsil işçilərinin sentyabr konfransları” çərçivəsində ARTİ-nin mütəxəssisləri tərəfindən müəllimlərlə tədris-metodiki seminarlar keçirilib

Tarix: 06.09.2024
Paylaş:

5 sentyabr tarixində “Təhsil işçilərinin sentyabr konfransları” çərçivəsində ARTİ-nin mütəxəssisləri tərəfindən müəllimlərlə tədris-metodiki seminarlar keçirilib.

Metodik görüşlərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə Pərvinə Qədimova tərəfindən “Oxuyub-anlama dərslərinin təşkil edilməsi”, Şəki-Zaqatala RTİ-nin riyaziyyat müəllimləri ilə Elgün Əliyev tərəfindən “Riyazi bacarıqların həyatda tətbiqi”, Abşeron-Xızı RTİ-nin təbiət müəllimləri ilə Nüşabə Məmmədova tərəfindən “Təbiət dərslərində istifadə olunan təlim strategiyaları” və Mərkəzi Aran RTİ-nin xarici dil, Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə Aynur Rüstəmova tərəfindən “Gündəlik dərsin planlaşdırılması” mövzuları müzakirə olunub və müəllimlər dinlənilib.

Qeyd edək ki, “Təhsil işçilərinin sentyabr konfransları” çərçivəsində müəllimlərlə tədris-metodiki seminarlar davam etdiriləcək.