Respublikamızda 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq müxtəlif qurumlar, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi də müəyyən fəaliyyətlər həyata keçirir. Bu məqsədlə elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 fevral tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq müvafiq əmr imzalamışdır. Əmrə əsasən, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.
Müəllimlərə yeni tədris ilində ilk dərslə bağlı tövsiyə vermək məqsədilə olan “Yaşıl Dünya Naminə Həmrəylik İli” mövzusunda keçiriləcək dərslərə dair müəllimlərə metodik dəstək adlı yazını sizə təqdim edirik.
“Yaşıl Dünya Naminə Həmrəylik İli” mövzusunda keçiriləcək dərslərə dair müəllimlərə metodik dəstək