“Komanda ruhu ilə uğurlu təhsil ilinə” adlı təlimlər davam edir

Tarix: 13.09.2024
Paylaş:

Peşə təmayüllü siniflərdə fəaliyyətə başlayan qrup rəhbərləri və ixtisas fənn müəllimləri üçün “Komanda ruhu ilə uğurlu təhsil ilinə” adlı təlimlər davam edir.

2024-2025-ci tədris ilində Peşə təmayüllü siniflərdə fəaliyyətə başlayan qrup rəhbərləri və ixtisas fənn müəllimləri üçün komanda quruculuğu və metodik səriştələr üzrə təlimlər davam edir. 3 gün davam edən təlimdə ümumilikdə 73 qrup rəhbəri olmaqla 78 ixtisas fənn müəllimi iştirak edib.
Qeyd edək ki, təlimin məqsədi iştirakçılara komanda quruculuğunda ünsiyyət modelləri, komanda və qrup anlayışı, sinfin idarə olunmasında ünsiyyət üzrə xüsusi bacarıq və yanaşmalar, peşəyönümü xidmətinin təşkili, yeni tədris ilində peşə təmayüllü siniflərdə tədris planı üzrə iş və təhsil proqramlarının tətbiqi ilə bağlı tövsiyələr üzrə məlumat verməkdir.