Azərbaycan Respublikasının Təhsil İnstitutu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş dərs icmalları təqdim edir. Bu icmallara əsasən müəllimlər materialları tədris üsuluna və məktəb şəraitinə uyğunlaşdırıb istifadə edə bilərlər.
Növbəti təqdim etdiyimiz dərs icmalı “Enerji və dayanıqlı inkişaf üzrə qlobal məqsədlər” mövzusundadır. Dərsin təlim məqsədləri aşağıdakı kimidir:
• Hər yerdə bütün insanların yüksək həyat keyfiyyəti üçün enerjinin vacibliyini anlamaq;
• BMT tərəfindən təsdiqlənmiş Qlobal məqsədlərin dünyada yoxsulluğa son qoymaq üçün qəbul olunmuş məqsədlər olduğunu öyrənmək;
• Enerji və yoxsulluğun azaldılması arasındakı əlaqəni anlamaq;
• Dünya üzrə yoxsulluğun azaldılmasında rol oynaya biləcəyimizi hiss etmək.
Materiallar 8-14 yaşlı uşaqlar üçün hazırlanıb, lakin müəllimlər onları istənilən yaş qrupuna uyğunlaşdıra bilərlər.
Qeyd edək ki, dərs icmalları müəllimlər tərəfindən hazırlanıb.
Dayanıqlı inkişaf naminə öyrənək və öyrədək!
Enerji və dayanıqlı inkişaf üzrə qlobal məqsədlər