Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ORT İsrail məktəb şəbəkəsinin əməkdaşlığı əsasında həyata keçirilən “İnnovativ məktəb” layihəsi çərçivəsində 9-13 sentyabr tarixlərini əhatə edən təlimlər uğurla başa çatıb.
12 məktəb üzrə 25 nəfərlik pedaqoji heyətin iştirak etdiyi təlimlər ORT İsrailin ekspertləri tərəfindən keçirilməklə, seçilmiş innovativ məktəblərin müəllimlərinə Sahibkarlıq fənnini öz məktəblərində tədris etmələri üçün lazım olan metodologiyaların öyrədilməsinə və nəzəri biliklərin praktikada tətbiqinə yönəlib.
STEAM İnnovasiya Mərkəzində keçirilən bağlanış mərasimi zamanı iştirakçılar müvafiq sertifikatla təltif olunublar.
Qeyd edək ki, “İnnovativ Məktəb” layihəsi Azərbaycanda ölkənin digər ümumi təhsil müəssisələri üçün nümunəvi öyrənmə mərkəzlərinə çevriləcək məktəblərin yaradılmasını nəzərdə tutur. Layihə məktəb pedaqogikası, tədris məzmunu və məktəb idarəçiliyi sahələrində yeni yanaşmaların tətbiqinə yönəlib.