19 sentyabr tarixində Rusiyanın Həştərxan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fadina Angelina Gennadievna Təhsil İnstitutunu ziyarət edib.
Görüşdə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev institutun fəaliyyət istiqamətləri, cəlb olunduğu layihələr və həyata keçirdiyi tədqiqatlar barədə ətraflı məlumat verib. Fadina Angelina Gennadievna isə Həştərxan Dövlət Universitetinin fəaliyyət istiqamətləri, prioritetləri, ikili diplom proqramları və tələbə kontingenti haqqında danışıb.
Görüş çərçivəsində iki təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər tələbələr üçün təqaüd proqramlarının yaradılması, birgə layihələrin həyata keçirilməsi və akademik heyət arasında əməkdaşlıq imkanları üzərində dayanıb. Həmçinin, məktəbəqədər və tam orta təhsil sahəsində birgə layihələrin icrası imkanları da nəzərdən keçirilib.