ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin təşkilatçılığı ilə peşə təmayüllü siniflərdə şagird nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində 12 peşə ixtisası üzrə nəzəri və praktiki tapşırıqlar hazırlayacaq mütəxəssislər üçün təlim keçirilib. Təlimdə test hazırlama mərhələləri, test hazırlanan zaman yol verilən yanlışlar və təhsildə “keys” metodundan istifadə haqqında ətraflı məlumat verilib.