8 və 9-cu siniflərdə təhsil alan, riyaziyyat fənninə xüsusi marağı olan və Təhsil İnstitutu tərəfindən təşkil edilmiş beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak etmək istəyən şagirdlər üçün 2 mərhələli seçmə imtahanı təşkil ediləcək. Birinci mərhələdə qənaətbəxş nəticə göstərən şagirdlərə ikinci mərhələdə olimpiada formatına uyğun açıq tipli tapşırıqlar təqdim ediləcək. Seçmə imtahanının birinci mərhələsi 28 sentyabr saat 10:00-da təşkil olunacaq.
Aşağıda qeyd edilmiş linklərə daxil olmaqla əvvəlki tədris illəri üzrə təşkil edilmiş imtahanlarla tanış ola bilərsiniz. Şagirdlər sınaq məqsədi ilə həmin imtahanlara daxil olub öz biliklərini yoxlaya bilərlər. Sınaq imtahanlarının nəticələri əsas imtahana təsir etmir, şagirdlərin riyazi bilik və bacarıqlarını yoxlamaq və müstəqil öyrənmə vərdişlərini inkişaf etdirmək üçün nəzərdə tutulub.
Bütün imtahan iştirakçılarına uğurlar arzulayırıq!