2024-2025-ci tədris ilində Peşə təmayüllü siniflərdə fəaliyyətə başlayan qrup rəhbərləri və ixtisas fənn müəllimləri üçün komanda quruculuğu və metodik səriştələr üzrə təlimlər davam edir.
10-13 sentyabr tarixlərində Peşə təmayüllü siniflərin qrup rəhbərləri və ixtisas fənn müəllimləri üçün “Komanda ruhu ilə uğurlu təhsil ilinə” adlı təlim baş tutub. 4 gün davam edən təlimlərdə ümumilikdə 73 qrup rəhbəri 140 ixtisas fənn müəllimi iştirak edib.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd təlim iştirakçılarına komanda quruculuğunda ünsiyyət modelləri, komanda və qrup anlayışı, sinfin idarə olunmasında ünsiyyət üzrə xüsusi bacarıq və yanaşmalar, peşəyönümü xidmətinin təşkili, yeni tədris ilində peşə təmayüllü siniflərdə tədris planı üzrə iş və təhsil proqramlarının tətbiqi ilə bağlı tövsiyələr üzrə məlumatlar verməkdir.