COP29 çərçivəsində 26 sentyabrda Təhsil İnstitutunun təşkilatçılığı ilə Bakı şəhər 212 nömrəli tam orta məktəbdə təhsilalanlar üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təlim keçirilib.
ARTİ-nin müəxəssisi Elduzə Əliyeva və 212 nömrəli tam orta məktəbin müəllimi Xanımzadə Əliyeva 11-ci sinif üzrə, ARTİ-nin müəxəssisi Ləman Məcidova və həmin məktəbin müəllimi Aynur Nağdəliyeva 9-cu sinif üzrə mövzu ilə bağlı maarifləndirici simulyasiya təlimi keçiblər. Birgə əməkdaşlıqla keçirilən və müasir standartlara cavab verən açıq dərsdə şagirdlərə ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik, iqlim dəyişmələri ilə mübarizə məsələlərini özündə əks etdirən beynəlxalq səviyyəli konfransın keçirilməsinin cəmiyyət üçün əhəmiyyəti xüsusi vurğulanaraq ölkəmizdə bu sahədə görülən işlər haqqında məlumat verilib. Şagirdlərin diqqətinə çatdırılıb ki, Azərbaycan dövlətinin milli hədəflərindən biri – təmiz ətraf mühit ölkəsinə çevrilməklə yanaşı, ölkəmizin regionda yaşıl enerjinin inkişafına dəstək olan və ən çox investisiya qoyan ölkələrdən biridir.
Təhsilalanlar üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda növbəti təlim 26 sentyabrda Bakı şəhər T.İsmayılov adına 6 nömrəli məktəb-liseyində baş tutub.
ARTİ-nin müəxəssisi Səadət Mənəfova və 6 nömrəli məktəb-liseyin müəllimi Viktoriya Abdullayeva 5-ci sinif üzrə, ARTİ-nin müəxəssisi Arzu Əsədova və həmin məktəbin müəllimi Aynur Hacıyeva 7-ci sinif üzrə dərs prosesində mövzu ilə bağlı maarifləndirici simulyasiya təlimi keçiblər. Birgə əməkdaşlıqla keçirilən və müasir standartlara cavab verən açıq dərsdə COP29 haqqında geniş məlumat verilib, beynəlxalq tədbirə ev sahibliyi edən ölkəmizin xüsusi rolu şagidlərin diqqətinə çatdırılıb. Eyni zamanda, ətraf mühitin qorunması, ekologiyanın çirkləndirilməsinin qarşısının alınmasında təbii qaz ehtiyatlarından istifadə və Azərbaycanın neft-qaz layihələrində iştirakının əhəmiyyətini özündə əks etdirən təqdimat nümayiş olunub.
Təlim zamanı şagirdlər tərəfindən mövzu maraqla qarşılanıb, qruplarla iş təşkil edilib, verilən suallar cavablandırılıb.