24-25 sentyabr tarixlərində ARTİ-nin “Peşə və ömürboyu təhsilin proqramları” şöbəsi tərəfindən peşə təmayüllü siniflərdə monitorinqi həyata keçirəcək mütəxəssislər üçün “Monitorinq meyarları ilə tanışlıq” adlı təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd monitorinqi həyata keçirəcək mütəxəssisləri monitorinq alətləri ilə tanış etməkdir. Təlimdə 72 mütəxəssis iştirak edib. Təlim zamanı peşə təmayüllü siniflərin təşkili, fəaliyyəti və pedaqoji prosesin təşkili haqqında mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb və monitorinqdə yumşaq bacarıqların effektiv istifadəsi haqqında məlumat verilib. Mütəxəssislər monitorinq meyarlarını əhatə edən situasiya tipli keys tapşırıqlarının yerinə yetirilməsi üçün qrup işlərinə cəlb olunublar.
Təlim “Peşə və ömürboyu təhsilin proqramları şöbəsi”nin müdiri Xanım Şabanova, baş mütəxəssis Mehriban Eyvazova, mütəxəssis Günel Fərəcova və “Insight House” şirkətinin təlimçisi Könül Əliyeva tərəfindən aparılıb.