“Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda maarifləndirici simulyasiya təlimi keçirilib

Tarix: 30.09.2024
Paylaş:

COP29 çərçivəsində 30 sentyabr 2024-cü il tarixində Təhsil İnstitutunun təşkilatçılığı ilə Bakı şəhər 279 nömrəli tam orta məktəbdə təhsilalanlar üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda maarifləndirici simulyasiya təlimi keçirilib.

ARTİ-nin mütəxəssisi Səadət Mənəfova və 279 nömrəli məktəbin müəllimi Cəbiyeva Aytən 8-ci sinif üzrə, ARTİ-nin mütəxəssisi Arzu Əsədova və həmin məktəbin müəllimi Abbaslı Roza 7-ci sinif üzrə dərs prosesində mövzu ilə bağlı təlim keçiblər. Təlim zamanı şagirdlərə COP29-un Azərbaycan üçün elmi və siyasi əhəmiyyəti, ekoloji, iqtisadi və milli maraqları, imkanları barədə geniş məlumat verilib, eyni zamanda, təbii qaz ehtiyatları, ölkəmizin köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi, karbon emissiyasının azaldılması, “yaşıl enerji”yə keçiddə təbii resurslardan düzgün istifadə təhlil edilib.

Mövzunun şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsi üçün qruplarla iş təşkil olunub, qruplara təlim materialı əsasında tapşırıqlar verilib, fikir mübadiləsi aparılıb.