Təhsil İnstitutunda təhsil alan doktorant və dissertantlar ilə görüş keçirilib

Tarix: 30.09.2024
Paylaş:

27 sentyabrda ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi Təhsil İnstitutunda təhsil alan doktorant və dissertantlarla görüş keçirib

Görüşün məqsədi yeni tədris ilində doktorantların elmi fəaliyyətinə dəstək olmaq, onlar üçün çətinlik yaradan məsələlərin həllinə istiqamət vermək və 2024-2025-ci tədris ilində görüləcək işlərin istiqamətini müəyyənləşdirmək olub.

Görüşdə Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov qarşıya qoyulan məqsədlər və hədəflər barədə görüş iştirakçılarına məlumat verib, hər bir doktorant ilə onun elmi fəaliyyəti və təhsil dövrünü əhatə edən öhdəliklər barədə müzakirələr aparıb.

Görüş sual-cavab ilə davam edib.