25 sentyabr tarixində Xətai rayonu 245 nömrəli tam orta məktəbin Azərbaycan dili fənn müəllimləri üçün təşkil olunan seminarda, məktəbin ibtidai sinif müəllimi Saçlı Babayeva 4-cü sinif “Azərbaycan dili” dərsliyinin ikinci fəslində yer alan “Xoşbəxtlik nədir?” mətni əsasında icmal təqdim edib.
Seminarda mətn üzrə aparılan işə uyğun olaraq, məzmun standartlarına əsasən təlimin məqsədinin və qiymətləndirmə meyarlarının təlim nəticələrinə görə çıxarılması, qiymətləndirmə zamanı rubriklərdən istifadə, dərsin planlaşdırılması, təlimin təşkilində istifadə edilən forma və üsullar, təlim strategiyaları – əqli hücum metodları və texnikaları, ev tapşırıqlarının dərsin məzmununa uyğuluğu, tapşırıqların həcmi baxımından zaman bölgüsünün düzgün aparılması, refleksiv sualların qoyulması, şagirdlərdə özünə inam hissinin formalaşdırılması, bunun üçün lazımi dəstəyin verilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsində özünə inamın əhəmiyyəti kimi məsələlər müzakirə olunub.
Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar ARTİ TPİM tərəfindən mütəmadi olaraq təşkil edilir.