PIRLS tədqiqat dövrlərində oğlan və qız şagirdlərin oxuyub-anlama bacarığı üzrə təhlil

Tarix: 11.10.2024
Paylaş:

Azərbaycanın iştirak etdiyi hər üç PIRLS tədqiqatı dövrünün nəticələrində oğlan və qız şagirdlərin oxuyub-anlama bacarığına dair təhlillər də öz əksini tapıb. Beynəlxalq hesabata əsasən hər üç PIRLS tədqiqat dövründə Azərbaycanda qız şagirdlər oxuyub-anlama üzrə oğlan şagirdlərdən daha yüksək nəticələr göstərib. Bundan başqa, qızların topladıqları balların illər üzrə azalma tendensiyası oğlanların topladıqları balların illər üzrə azalma tendensiyasına nəzərən daha aşağı olub.

Qeyd edək ki, iştirak edən bütün ölkələrdə qızlar oğlanlardan daha yüksək nəticə göstərib. Azərbaycan oğlan və qız şagirdlər arasında oxuma bacarığı üzrə fərq baxımından PIRLS 2021 tədqiqatına qoşulmuş 65 iştirakçı arasında 37-ci yerdədir. Cinslər arasındakı bu fərq statistik əhəmiyyətlidir və ölkələrin sıralamasındakı yer baxımından fərqin orta səviyyədə olduğunu bildirmək olar.

Müvafiq nəticə üzrə ətraflı məlumat əldə etmək üçün keçidə daxil olaraq beynəlxalq hesabatla tanış ola bilərsiniz: https://pirls2021.org/results/trends/by-gender

Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu savadlılığının inkişafı üzrə beynəlxalq tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilməklə onların ədəbi təcrübələrini və məlumatları əldə edib, istifadə etmək bacarığını ölçür.