11 oktyabrda Bakı şəhəri, Təhsil Texnologiyaları Mərkəzində təşkil olunmuş Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının (IJSO 2024) seçmə imtahanının II mərhələsi keçirilib. İmtahanda şagirdlərə fizika, kimya və biologiya fənləri üzrə açıq və qapalı test tapşırıqları təqdim olunub.
Qeyd edək ki, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunan elm yarışıdır. Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər. Cari tədris ilində sözügedən olimpiada Rumıniyanın Buxarest şəhərində təşkil olunacaq.
İmtahan nəticələrinə əsasən seçilən komanda üzvlərinin adlarını nəzərinizə çatdırırıq:
Bəxtiyar Ağayev Maarif – Sumqayıt şəhər, Təbiət Elmləri Təmayüllü Gimnaziya
Yaqub Baratlı Etibar – Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey
Zaur Hacızadə Ülvi – Bakı şəhər, Kimya, biologiya təmayüllü lisey
Tariyel Babayev Şahin – Bakı şəhər, TDV Bakı Türk liseyi
Cabir Abbasov Fətulla – Bakı şəhər, BSU nəzdində Gənc İstedadlar liseyi
Zümrüd Ələkbərova Ağasəf – Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey