COP29-la bağlı Sumqayıtda təhsilalanlar üçün simulyasiya təlimi keçirilib

Tarix: 15.10.2024
Paylaş:

COP29 çərçivəsində 11 oktyabrda Təhsil İnstitutunun təşkilatçılığı ilə Sumqayıt şəhəri İstedad liseyində, 15 və 24 nömrəli tam orta məktəblərdə təhsilalanlar üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda simulyasiya təlimi keçirilib.

ARTİ əməkdaşı Arzu Əsədova, İstedad liseyinin müəllimləri Xalidə Yusifova və Aygün Daşdəmirli 6 və 8-ci siniflər üzrə simulyasiya təlimi keçiblər. Birgə əməkdaşlıqla keçirilən və müasir standartlara cavab verən “açıq dərs”də COP29 haqqında geniş məlumat verilib, beynəlxalq tədbirə ev sahibliyi edən ölkəmizin xüsusi rolu şagirdlərin diqqətinə çatdırılıb.

15 nömrəli tam orta məktəbdə ARTİ əməkdaşı Ləman Məcidova həmin məktəbin müəllimi Abdullayeva Pərvanə ilə 6-cı sinif üzrə, 24 nömrəli tam orta məktəbdə ARTİ əməkdaşı Ulduzə Əliyeva həmin məktəbin müəllimi Nəbiyeva Pərvanə ilə 11-ci sinif üzrə, ARTİ əməkdaşı Səadət Mənəfova isə Talıbova Svetlana ilə 8-ci sinif üzrə “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda maarifləndirici simulyasiya təlimi keçiblər. Dərs zamanı ətraf mühitin qorunması, ekologiyanın çirkləndirilməsinin qarşısının alınmasında təbii qaz ehtiyatlarından istifadə, COP29 və Azərbaycanın neft-qaz layihələrində iştirakının əhəmiyyətini özündə əks etdirən təqdimat nümayiş olunub.

Təlim zamanı şagirdlər tərəfindən mövzunun daha asan mənimsənilməsi, dərsin maraqlı keçməsi üçün qruplarla iş təşkil edilib, suallar cavablandırılıb və aktiv qruplar qiymətləndirilib.