Təhsil İnstitutu və Sumqayıt Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Sevməyi seç” mövzusunda seminar keçirilib

Tarix: 15.10.2024
Paylaş:

 

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq 15 oktyabrda Təhsil İnstitutu və Sumqayıt Dövlət Universitetinin birgə əməkdaşlığı ilə Narkomaniya və onun fəsadları mövzusunda “Sevməyi seç” seminarı təşkil edilib.

Seminar çərçivəsində Təhsil İnstitutunun əməkdaşı psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərova narkomaniyaya qarşı mübarizə, narkotik maddələrin qanunsuz istifadəsi, yayılması və alverinə qarşı aparılan çoxşaxəli proses tələbələrin diqqətinə çatdırıb.

Çıxış zamanı Sevməyi seç, özünü kəşf et, tanı – beynimizdə nə baş verir?; Yeniyetmə yaş dövrünün psixoloji və fizioloji xüsusiyyətləri; Tərbiyə edildiyimiz üslubun həyatımızdakı rolu?; Yeniyetmənin tərbiyəsində valideyn və yeniyetmə arasında qarşılıqlı əlaqə: Emosional rədd; Emosional laqeydlik; Avtoritar nəzarət; Şərtsiz müdaxilə; Valideyn davranışının növləri: Hipoproteksiya, Dominant hiperproteksiya, Şərti hiperproteksiya; Mənəvi rədd, Mənəvi məsuliyyəti artırmaq; Asılılıq nədir? Asılılığın psixoloji aspektləri və asılılığı yaradan səbəblər hansılardır?; Fərdi inkişaf üçün kitab tövsiyələri və narkomaniyanın zərərləri, fəsadları, iradənin və əzmin köməyi ilə bu bəladan xilas olmağın mümkünlüyündən bəhs edilib. Tələbələri maraqlandıran suallara cavab verilib və seminar diskussiya formasında davam edib.

Həmçinin keçirilən maarifləndirici tədbirin monitorinq və qiymətləndiriliməsi məqsədilə Təhsil İnstitutunun şöbə müdiri Tavat Muradlı və böyük elmi işçisi İlhamə Əsədova da seminarda iştirak ediblər.