“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı layihə çərçivəsində maarifləndirici tədbirlər keçirilir

Tarix: 17.10.2024
Paylaş:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı layihə çərçivəsində maarifləndirici tədbirlər keçirilir.

Tədbirlərin əsas məqsədi yaradılan mexanizmin və onun prinsiplərinin məktəbin pedaqoji heyəti, şagirdlər və valideynlər tərəfindən mənimsənilməsini təmin etməkdir. Valideynlər üçün təşkil edilən maarifləndirici görüşlər Ağcabədi rayonu, Lənkəran və Gəncə şəhərləri üzrə cəlb olunan 16 yeni məktəbi əhatə edib Görüşlərdə ümumilikdə 726 valideyn iştirak edib. İştirakçılara uşaq müdafiəsi və təhlükəsizliyi anlayışları, bu sahədə yaranan narahatlıqların müvafiq həll yolları, həmçinin valideynlərin bu prosesdəki rolu barədə ətraflı məlumat verilib. Məktəbdə və məktəbdən kənar baş verə biləcək zorakılıq halları ilə bağlı müxtəlif praktiki məşğələlərin köməyi ilə qeyd olunan sahədə bilik və bacarıqlar artırılıb, şagirdlərin baxımsızlığı, eyni zamanda “Dinləmə qutuları” haqqında məlumat verilib. Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

Maarfiləndirici görüşlərdə iştirak edən valideynlər təəssüratlarını bölüşərkən belə görüşlərin məktəblərdə tez-tez keçirilməsini, valideyn-məktəb əməkdaşlığının bu mexanizmdə böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.