Oktyabrın 17-dən etibarən BilBacar müsabiqəsinin “Hazırlıq” mərhələsinə başlanılır. Qeydiyyatdan keçən şagirdlər hesablarına daxil olmaqla “Hazırlıq” bölməsi üzrə sualları cavablandıra bilərlər.
Bu mərhələ üzrə hər doğru cavab şagirdlərin hesabına 1 bal əlavə edir və yanlış suallar nəticəyə təsir etmir.
Qeyd edək ki, BilBacar müsabiqəsinin keçirilməsində məqsəd şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilik və bacarıqları praktik vəziyyətlərdə tətbiqetmə qabiliyyətlərini qiymətləndirməkdir.