ARTİ tərəfindən ümumi, xüsusi, internat və xüsusi internat məktəbinin kitabxanasında elmi-metodik işin təşkili vəziyyəti araşdırılıb

Tarix: 22.10.2024
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun 2024-cü il üzrə Fəaliyyət Planına əsasən cari ilin aprel, may və oktyabr aylarında respublikanın 3 şəhər və 30 rayonunda 2032 ümumi, xüsusi, internat və xüsusi internat məktəbinin kitabxanasında elmi-metodik işin təşkili vəziyyətinin araşdırılması və zəruri statistik məlumatların toplanılması məqsədilə araşdırma aparılıb.

Araşdırma zamanı 2363 kitabxana işçisi ilə sorğu keçirilib, söhbətlər aparılıb, onların rəy və təkliflərini dinlənilib, kitabxana fəaliyyətinin daha da yaxşılaşdırılması üçün onları maraqlandıran suallar cavablandırılıb və lazımi tövsiyələr verilib.