Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən Peşə təmayüllü siniflərin təşkil edildiyi 100 ümumi təhsil müəssisəsində təhsil alan XI sinif şagirdlərinin X sinifdə təhsil aldığı ixtisas üzrə qazandığı nəzəri biliklərin ölçülməsi məqsədilə qiymətləndirmə imtahanının keçirilməsinə başlanılıb.
Qeyd edək ki, 18 oktyabrda onlayn şəkildə keçirilən qiymətləndimə prosesində 12 ixtisas üzrə ümumilikdə 597 şagird iştirak edib.