COP29 çərçivəsində ümumtəhsil müəssisələrində maarifləndirici görüşlər davam edir

Tarix: 23.10.2024
Paylaş:

COP29 çərçivəsində 23 oktyabrda ARTİ-nin təşkilatçılığı ilə Bakı şəhəri T.İsmayılov adına 6 nömrəli məktəb-liseyində şagirdlər üçün “İqlim dəyişmələri və COP29” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüş zamanı ARTİ-nin aparıcı mütəxəssisi Xalidə Hüseynova COP29 haqqında şagirdlərə ümumi məlumat verib, iqlim dəyişikliyinin yaranma səbəblərindən, təsirlərindən, vurduğu ziyanlardan və bu təhlükənin qarşısının alınması üçün görülən tədbirlərdən danışıb.

ARTİ-nin mütəxəssisi Arzu Əsədova təqdimatla çıxış edərək ətraf mühitin mühafizəsinin vacibliyini önə çəkib, təbiətə həssas yanaşmağın önəmli olduğunu bildirib və şagirdləri təbiəti qorumağa, bütün canlıları sevməyə, “hərəyə bir ağac əkək” kimi ağacəkmə aksiyalarına könüllü qoşulmağa çağırıb.

Görüşün sonunda iqlim dəyişikliyi, ətraf mühitin qorunması və COP29 ilə bağlı sual-cavab əsasında diskussiya aparılıb.