Fizika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə aşağı yaş qrupunun seçmə imtahanı təşkil olunacaq

Tarix: 23.10.2024
Paylaş:

 

26 oktyabrda ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində fizika fənnindən aşağı yaş qrupu üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahan təşkil ediləcək. Seçmə imtahanına ötən tədris ilində Respublika Fənn Olimpiadasında fizika fənni üzrə finalda iştirak etmiş 8-ci sinif şagirdləri (cari tədris ilində 9-cu sinifdə təhsil alan şagirdlər) dəvət olunurlar. İmtahan saat 11:00-da başlayır, şagirdlər 10:00-dan gec olmayaraq imtahan mərkəzində olmalıdırlar. İmtahana gələrkən şagirdlərdən şəxsiyyət vəsiqələrini özləri ilə götürmələri xahiş olunur.

Qeyd edək ki, bu barədə məlumat ümumtəhsil müəssisələrinin tabe olduqları Regional Təhsil İdarələrinə bildirilib.