2024-2025-ci tədris ilində Peşə təmayüllü siniflərdə fəaliyyətə başlayan qrup rəhbərləri və ixtisas fənn müəllimləri üçün komanda quruculuğu və metodik səriştələr üzrə təlimlərin sonuncu sessiyası baş tutub. Təlim zamanı iştirakçılara komanda quruculuğunda ünsiyyət modelləri, komanda və qrup anlayışı, sinfin idarə olunmasında ünsiyyət üzrə xüsusi bacarıq və yanaşmalar, yeni tədris ilində peşə təmayüllü siniflərdə tədris planı üzrə iş və təhsil proqramlarının tətbiqi ilə bağlı tövsiyələr üzrə məlumat verilib. Təlimin sonunda iştirakçılara sertifikat təqdim edilib.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 73 qrup rəhbəri və 169 ixtisas fənn müəllimi olmaqla 242 nəfər iştirak edib.