ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən Məktəbin İnkişaf Planı reallaşdırılan ümumi təhsil müəssisələrində illik hesabat üzrə görüşlər davam edir

Tarix: 30.10.2024
Paylaş:

ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən Məktəbin İnkişaf Planı reallaşdırılan ümumi təhsil müəssisələrində illik hesabat üzrə görüşlər davam edir

Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində məqsəd və hədəflərin reallaşdırılması istiqamətində 2023-2024-cü tədris ili üzrə hesabatlılıq məqsədilə ümumi təhsil müəssisələrində 28-30 oktyabr tarixlərində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən görüş təşkil edilib. Görüş MİP reallaşdırılan 154, 227, 178, 284 nömrəli tam orta məktəblərdə keçirilib. Məktəbin idarəetmə və pedaqoji heyəti, eləcə də ARTİ MDM-in əməkdaşları tərəfindən keçirilən görüşün müzakirə obyekti digər məktəblərdə olduğu kimi şagird nailiyyətinin inkişafı istiqamətində məktəbin dəstəkləyici mühitinin effektiv qurulması, müəllimlərin metodiki və pedaqoji bacarıqlarının peşəkar inkişafı istiqamətlərini, eləcə də həyata keçirilmiş fəaliyyətlərin nəticələrini əhatə edib. Müzakirə zamanı MİP fəaliyyətlərini həyata keçirmək üçün müəllimlərin metodiki və pedaqoji bacarıqlarının inkişafının vacibliyi vurğulanıb. Bundan əlavə fənn müəllimlərinin fikirləri və ideyaları dinlənilib, qarşıya çıxan problemlər müzakirə edilib və bu istiqamətdə onlara tövsiyələr verilib.

Qeyd edək ki, MİP çərçivəsində hesabatlılıqla bağlı görüşlərin digər MİP reallaşdırılan ümumi təhsil müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.