ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsi ilə bağlı infosessiya keçirilib.
30 oktyabrda Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin əməkdaşı Gülnar Tahirli tərəfindən Sumqayıt şəhər 10 nömrəli məktəbin pedoqoji heyəti üçün Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsi ilə bağlı infosessiya keçirilib. Tədbirdə milli kvalifikasiyalar çərçivələrinin əhəmiyyəti, ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi və Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) barəsində iştirakçılara məlumat verilib.
Tədbir AzMKÇ-nin məqsədləri, səviyyələri, səviyyə deskriptorları, Avropa ali təhsil məkanında kvalifikasiyaların müqayisəsi və tanınmasında daşıdığı funksiyalar barəsində pedoqoji heyətlə ətraflı müzakirələr şəklində davam edib.