Təhsil İnstitutu və Bakı Slavyan Universitetinin birgə əməkdaşlığı ilə 30 oktyabrda “Narkomaniya və onun fəsadları” adlı tədbir keçirilib. ARTİ-nin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Tavat Muradlı, şöbənin aparıcı elmi işçisi Bahar Bəylərova-Ələkbərova və BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev tədbirdə iştirak ediblər.
Psixologiya ü.f.d. B.Bəylərova-Ələkbərova “Sevməyi seç” adlı mövzu əsasında tələbələrə Sevməyi seç, özünü kəşf et, tanı – beynimizdə nə baş verir?; Yeniyetmə yaş dövrünün psixoloji və fizioloji xüsusiyyətləri; Tərbiyə edildiyimiz üslubun həyatımızdakı rolu?; Yeniyetmənin tərbiyəsində valideyn və yeniyetmə arasında qarşılıqlı əlaqə: Emosional rədd; Emosional laqeydlik; Avtoritar nəzarət; Şərtsiz müdaxilə; Valideyn davranışının növləri: Hipoproteksiya, Dominant hiperproteksiya, Şərti hiperproteksiya; Mənəvi rədd, Mənəvi məsuliyyəti artırmaq; Asılılıq nədir? Asılılığın psixoloji aspektləri və asılılığı yaradan səbəblər hansılardır?; Fərdi inkişaf üçün kitab tövsiyyələri və narkomaniyanın zərərləri, fəsadları, iradənin və əzmin köməyi ilə bu bəladan xilas olmağın mümkünlüyü haqqında təqdimatla çıxış edib.
Daha sonra Təhsil İnstitutunun 2022-ci ildə apardığı “Ümumtəhsil müəssisələrində anti-narkotik dünyagörüşünün formalaşdırılması üzrə mövcud vəziyyətin öyrənilməsi” adlı tədqiqatın nəticələrinə əsas məqamlar gənclərin diqqətinə çatdırılıb və müzakirələr aparılıb.