ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən Məktəbin İnkişaf Planı reallaşdırılan ümumi təhsil müəssisələrində illik hesabat üzrə görüşlər davam edir

Tarix: 04.11.2024
Paylaş:

2023/2024-cü tədris ili üzrə Məktəbin İnkişaf Planı (MİP) reallaşdırılan ümumi təhsil müəssisələrində 31 oktyabr və 1 noyabr tarixlərində ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən görüş təşkil edilib. Görüş MİP çərçivəsində məqsəd və hədəflərin reallaşdırılması istiqamətində hesabatlılıq məqsədilə həyata keçirilib. Görüşdə 35, 51, 91, 276 nömrəli tam orta məktəblərin pedaqoji və idarəetmə heyəti, eləcə də ARTİ MDM-in əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, MİP-in 2023-2024-cü tədris ili üçün nəzərdə tutulmuş fəaliyyətləri məktəbin dəstəkləyici mühitinin inkişaf etdirilməsi və şagird nailiyyətinin inkişafı istiqamətində olub. Bu istiqamətdə müəllimlərin metodiki və pedaqoji bacarıqlarının peşəkar inkişafı və həyata keçirilmiş fəaliyyətlərin nəticələri müzakirə edilib, fənn müəllimlərinin fikirləri və ideyaları dinlənilib, qarşıya çıxan problemlər müzakirə edilib və bu istiqamətdə tövsiyələr verilib. Müsbət hallardan biri də iki il müddətində davam edən bu prosesdə müəllimlərin daxili motivasiyalarının yüksəkliyi onların çıxışları zamanı duyulub.

Qeyd edək ki, Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində hesabatlılıqla bağlı görüşlər digər MİP reallaşdırılan məktəblərdə də davam edəcək.