Oxu savadlılığının inkişafı üzrə beynəlxalq tədqiqatın (PIRLS 2026) 2025-ci ildə həyata keçiriləcək sınaq mərhələsinə hazırlıq işləri davam edir

Tarix: 04.11.2024
Paylaş:

 

Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilən Oxu savadlılığının inkişafı üzrə beynəlxalq tədqiqatın (PIRLS 2026) 2025-ci ildə həyata keçiriləcək sınaq mərhələsinə hazırlıq işləri davam edir. Bu məqsədlə 28-30 oktyabrda Almaniya Federativ Respublikasının Hamburq şəhərində PIRLS 2026 tədqiqatında iştirak edəcək ölkələrin nümayəndələrinin iştirakı ilə növbəti görüş keçirilib.

PIRLS tədqiqatı üzrə sözügedən görüşdə müvafiq qiymətləndirmə tədqiqatı üzrə milli layihə koordinatoru, Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin aparıcı mütəxəssisi Röyal Mahmudov iştirak edib.

Görüşdə məktəblərin, siniflərin və şagirdlərin PIRLS 2026-da iştirakı üçün seçilməsi və tədqiqat üzrə toplanılan məlumatların sistemə daxil edilməsi istiqamətində müvafiq proqram təminatlarında işləmə ilə bağlı müxtəlif təlim sessiyaları təşkil edilib. Təlim sessiyaları zamanı PIRLS tədqiqatında iştirak və məlumatların sistemə daxil edilməsi ilə bağlı ölkələrin nümayəndələri ilə müzakirələr də aparılıb. Bundan başqa, müxtəlif ölkələr üzrə müvafiq istiqamətlərdə spesifik hallar ilə bağlı məsələləri əhatə edən fərdi konsultasiyalar da həyata keçirilib.

Qeyd edək ki, 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarığını araşdıran PIRLS 2026 tədqiqatı üzrə növbəti il sınaq mərhələsi, 2026-cı ildə isə əsas mərhələ baş tutacaq.