ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən Məktəbin İnkişaf Planı reallaşdırılan məktəblərdə illik hesabat üzrə növbəti görüş keçirilib

Tarix: 07.11.2024
Paylaş:

7 noyabrda ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən MİP çərçivəsində məqsəd və hədəflərin reallaşdırılması istiqamətində 2023-2024-cü tədris ili üzrə hesabatlılıq məqsədilə 75 nömrəli tam orta məktəbdə görüs təşkil edilib. Görüşdə məktəbin idarəetmə və pedaqoji heyəti, eləcə də ARTİ MDM-in əməkdaşları iştirak edib. Bu prosesdə də digər məktəblərdə olduğu kimi şagird nailiyyətinin inkişafı istiqamətində məktəbin dəstəkləyici mühitinin effektiv qurulması, müəllimlərin metodiki və pedaqoji bacarıqlarının peşəkar inkişafı istiqamətləri, eləcə də həyata keçirilmiş fəaliyyətlərin nəticələri barədə müzakirə aparılıb.

Müzakirədə iştirak edən məktəb heyəti MİP-in icrasının məktəbin inkişafına faydalarını xüsusi vurğulayıb, eləcə də metodiki dəstəyə görə ARTİ MDM-ə təşəkkürlərini bildiriblər. Bununla bağlı müəllimlərin MİP çərçivəsində həyata keçirdikləri fəaliyyətlərlə bağlı fikirləri və ideyaları dinlənilib, qarşıya çıxan problemlər müzakirə edilib və bu istiqamətdə onlara tövsiyələr verilib.

Qeyd edək ki, 2023-2024-cü tədris ili ilə bağlı MİP reallaşdırılan ümumi təhsil müəssisələrində hesabatlılıq görüşləri tamamlanıb. 19 məktəbin MİP üzrə icrasına dəstək ARTİ MDM tərəfindən həyata keçirilir.