ARTİ-nin təşkilatçılığı ilə IV və VI siniflərdə monitorinqin sınaq mərhələsində istifadə olunmuş tədris dili fənni üzrə tapşırıqların panel müzakirəsi keçirilib

Tarix: 25.11.2024
Paylaş:

 

Təhsil İnstitutunun təşkilatçılığı ilə 23 noyabr tarixində IV və VI siniflərdə təhsil alan şagirdlərin monitorinq qiymətləndirməsinin sınaq mərhələsində istifadə olunan tədris dili fənni üzrə tapşırıqların panel müzakirəsi keçirilib. Panel müzakirədə ölkənin ayrı-ayrı təhsil müəssisələrindən tədris dili fənnini tədris edən müəllimlər iştirak edib. Panel müzakirənin keçirilməsində məqsəd dövlət ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsil alan şagirdlərin monitorinq qiymətləndirməsinin sınaq mərhələsində istifadə olunan tədris dili fənn tapşırıqlarının təkmilləşdirilməsi istiqamətində ekspertlərlə fikir mübadiləsi aparmaq olub.

Müzakirə zamanı sınaq qiymətləndirmənin nəticələrinin statistik təhlili əsasında şagirdlərin hər bir tapşırıq üzrə performansı təqdim olunub. Eskpertlər stimul, sualın kökü, çətinlik və diskriminasiya dərəcəsi, məzmun xətti, ölçülən səriştələr, distraktorlar və s kimi meyarlar daxil olmaqla tapşırıqları qiymətləndirib, onların təkmilləşdirilməsi istiqamətində təkliflər verib və effektiv müzakirələr aparıblar.

Görüşün sonunda növbəti tədris ilində monitorinqdə istifadə olunacaq tədris dili fənni üzrə səriştə əsaslı tapşırıqların hazırlanması ilə bağlı fikirlər səsləndirilib və təkliflər irəli sürülüb.