ARTİ-nin təşkilatçılığı ilə VI sinif monitorinqin sınaq mərhələsində istifadə olunmuş təbiət fənni üzrə tapşırıqların panel müzakirəsi keçirilib

Tarix: 25.11.2024
Paylaş:

 

Təhsil İnstitutunun təşkilatçılığı ilə 22 noyabr tarixində VI siniflərdə təhsil alan şagirdlərin monitorinq qiymətləndirməsinin sınaq mərhələsində istifadə olunan təbiət fənni üzrə tapşırıqların panel müzakirəsi keçirilib. Panel müzakirədə ölkənin ayrı-ayrı təhsil müəssisələrindən təbiət fənnini tədris edən müəllimlər iştirak edib. Panel müzakirənin keçirilməsində məqsəd dövlət ümumi təhsil müəssisələrinin VI siniflərində təhsil alan şagirdlərin monitorinq qiymətləndirməsinin sınaq mərhələsində istifadə olunan təbiət fənn tapşırıqlarının təkmilləşdirilməsi istiqamətində ekspertlərlə fikir mübadiləsi aparmaq olub.

Müzakirə zamanı sınaq qiymətləndirmənin nəticələrinin statistik təhlili əsasında şagirdlərin hər bir tapşırıq üzrə performansı təqdim olunub. Eskpertlər stimul, sualın kökü, çətinlik və diskriminasiya dərəcəsi, məzmun xətti, ölçülən səriştələr, distraktorlar və s kimi meyarlar daxil olmaqla tapşırıqları qiymətləndirib, onların təkmilləşdirilməsi istiqamətində təkliflər verib və effektiv müzakirələr aparıblar.

Görüşün sonunda növbəti tədris ilində monitorinqdə istifadə olunacaq təbiət fənni üzrə səriştə əsaslı tapşırıqların hazırlanması ilə bağlı fikirlər səsləndirilib və təkliflər irəli sürülüb.